30 Aprel 2015 17:28
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizdə səfərdə olan prezidentlər Azərbaycan Xalça Muzeyini ziyarət ediblər.

Muzeyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məluçata görə, Livanın sabiq prezidenti Amine Gemayel, Ekvadorun sabiq prezidenti Rosalia Arteaga və Türkiyənin sabiq prezidenti Abdulla Gül muzeydə qonaq olub. Qonaqlar Azərbaycan xalçasının tarixi ilə və qorunan nümunələri ilə tanış olublar.

Onlar Azərbaycan Xalça Muzeyinin 1987–ci ildə Şuşada yaradılan filialından 1992-ci ildə şəhərin işğalı zamanı çətinliklə Bakıya gətirilən xalçalara da baxıblar.

Azərbaycan Xalça muzeyinin 3 - cü mərtəbəsində yerləşən müasir xalça bölümü qonaqların diqqətini çəkib. Müasir xalçalarda rəng çalarlarının zövqlə işləndiyini bildirən A.Gül “Leyli və Məcnun”u əks etdirən xalçanı daha çox bəyəndiyini vurğulayıb.

Daha sonra qonaqlar muzeydə sərgilənən digər eksponatlarla tanış olublar.

Sonda hər 3 qonağa muzeydə olmasını təsdiqləyən və üzərində Qarabağ məktəbinə aid Çələbi xalçası əks olunan sertifikat təqdim olunub.

Qeyd edək ki, prezidentlər III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdədirlər. Bu forumda nüfuzlu siyasi liderlər dünyanı narahat edən məsələlər – etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya və bir sıra qlobal problemləri geniş müzakirə edib, onların həll yollarının tapılması istiqamətində fikir mübadiləsi aparıblar.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər