12 May 2015 12:53
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə baş nazirinin müavini Əli Babacan Bakıya rəsmi səfərə gəlib.

Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, Babacanın səfəri ümummili lider Heydər Əliyevin məzarını ziyarətlə başlayıb.

Daha sonra nazir müavini Şəhidlər Xiyabanı və Türk Şəhidliyini ziyarət edib.

Əli Babacanın səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, Baş nazir Artur Rasizadə və Milli Məclisin sədri Oqtay Əsədovla da görüşü gözlənilir.

Babacan Türkiyənin “Böyük iyirmiliyə” sədrliyi çərçivəsində bu gün Bakıda keçiriləcək B20 Regional Toplantısına da qatılacaq.

Samir


Müəllif:

Oxşar xəbərlər