2015 dəbdəbəni sevənlərin ili olacaq. Çünki həm geyimdə, həm də aksessuarlarda olduqca iri, diqqətçəkici modellər dəbdədir. Mövsümün ən trend saç aksessuarlarında da vəziyyət eynidir. Qızılı, üstü daş-qaşla bəzədilmiş, iri saç aksessuarları ön plandadır.
Ulduzlar saç aksessuarlarından, adətən, qırmızı xalı gecələrində istifadə edirlər. Siz də ziyafət gecələrində və xüsusi dəvətlərdə düzgün seçilmiş saç aksessuarı ilə göz qamaşdıra bilərsiniz.
Publika.az sizin üçün ən dəbli gözəllərin saç aksessuarlarını toplayıb. Baxın və ilham alın!