Azərbaycanda məhkəmə sədri vəfat edib.
Report-un xəbərinə görə, Gəncə Apellyasiya Məhkəməsinin sədri Rafiq Məmmədov 70 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, R.Məmmədov 1945-ci ildə anadan olub. 1975-ci ildə Kuban Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1969-1975-ci illərdə Jdanov (indiki Beyləqan) Rayon Məhkəməsində məhkəmə iclas katibi, 1974-1975-ci illərdə Azərbaycan SSR Ali Məhkəməsində iclas katibi, 1975-1982-ci illərdə Azərbaycan SSR Ali Məhkəməsinin Qəbul şöbəsində məsləhətçi, 1982-1984-cü illərdə Ali Məhkəmənin Nəzarət şöbəsində baş məsləhətçi, 1984-1990-cı illərdə Ali Məhkəmənin Ümumiləşdirmə şöbəsinin rəisi, 1990-2000-ci illərdə Bakı Şəhər Məhkəməsinin üzvü, 2000-2007-ci illərdə Ali Məhkəmənin hakimi olub.
2005-ci ildən Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü idi. 2007-ci ildən dünyasını dəyişənədək Gəncə Apellyasiya Məhkəməsinin sədri olub.
Qeyd edək ki, R.Məmmədov xərçəng xəstəliyindən əziyyət çəkirdi.