10 Avqust 2015 19:23
1 098
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ölkəmizdə mətbuat azaddır, senzura ləğv edilib. Jurnalist nəyi və necə işləyirsə, eləcə də yazır”.

Bunu Teleqraf.com-a açıqlamasında millət vəkili, professor Musa Qasımlı deyib.

Onun sözlərinə görə, dövlət mətbuata qayğı göstərir: “Heç bir ölkədə rast gəlinməyən xüsusi diqqət var. Jurnalistlərə mənzillər verilir, qəzet redaksiyalarına Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun xətti ilə maliyyə yardımları ayrılır. Jurnalist ölümü təkcə Azərbaycanda olmur. Jurnalistlərin müxtəlif motivlərlə qətlləri dünyanın bir sıra ölkələrində var. Jurnalistin ölümü ilə bağlı cənab Prezident narahatlıq keçirir, məsələnin araşdırılması bilavasitə onun nəzarəti altındadır. Hüquq-mühafizə orqanları, müvafiq qurumlar cinayəti araşdıracaq və hadisəni törədənlər qanun qarşısında cavab verəcəklər. Allah həyatını dəyişən jurnalistimizə rəhmət eləsin”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər