Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.
Teleqraf.com-a Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan hərbçiləri sentyabrın 28-dən oktyabrın 2-dək Oberammerqau şəhərində (AFR) enerji təhlükəsizliyi sahəsində şəraitə strateji nəzarət kursu, 29-dan noyabrın 13-dək Qarmiş-Partenkirxen şəhərində (AFR) Ali Təhlükəsizlik Proqramı üzrə növbəti kurs, 30-dan oktyabrın 1-dək Helsinki şəhərində (Finlandiya) Əməliyyat İmkanları Konsepiyası Proqramının illik konfransında iştirak edəcəklər.