29 Sentyabr 2015 12:54
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtər rayonu ərazisində mərmi partlaması bir nəfərin yaralanmasına səbəb olub.

Teleqraf.com-un xəbərinə görə, hadisə rayonun Səhləbad kəndində qeydə alınıb. Bildirilir ki, mərmi olan ərazidə ocaq yandırıldığından partlayış baş verib.

Şahidlərin dediyinə görə, Tərtər rayonu Səhləbad kənd orta məktəbin binasında məskunlaşan, Laçın rayonundan olan məcburi köçkün Bədəlov Rizvan Zeynalabdin həyəti təmizləyərək ocaq qalayıb. Alovun artdığını görən Rizvan ocağı söndürmək istəyib. Bu zaman isə güclü partlayış baş verib. Partlayış nəticəsində Rizvan Bədəlov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Tərtər rayon xəstəxanasına aparılıb. Burada yaralıya ilkin tibbi yardım göstəırildikdən sonra o, Bərdə Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Yaralının əməliyyat olunması üçün Bakıdan cərrah dəvət olunub. Həkimlərin sözlərinə görə, partlayış zamanı Rizvan Bədəlovun hər iki ayağına və qarın boşluğuna qəlpələr daxil olub. Ehtimal edilir ki, hərbi sursat buraya Qarabağ müharibəsi zamanı düşüb. Hazırda faktla bağlı araşdırma aparılır.

Xalid Salmanbəyli


Müəllif:

Oxşar xəbərlər