20 Oktyabr 2015 18:00
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov oktyabrın 20-də ölkəmizdə səfərdə olan İranın Şərqi Azərbaycan vilayətinin nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, görüş zamanı Kəmaləddin Heydərov ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə görülən işlərdən, bu sahədə İranın müvafiq qurumları ilə məhsuldar əməkdaşlıqdan geniş bəhs edib.

Nümayəndə heyətinin rəhbəri, İranın Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə rəhbərlik etdiyi vilayətin Azərbaycanla müxtəlif sahələrdə uğurlu əməkdaşlığından danışıb.

Qonaq bildirib ki, Azərbaycana səfəri zamanı şahid olduğu möhtəşəm inkişaf onu ürəkdən sevindirir.
Tərəflər arasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən fövqəladə hallarla mübarizə sahəsində kadr hazırlığı ilə bağlı təcrübə mübadiləsi üzrə geniş müzakirə aparılıb.

Bundan başqa, nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalı və Əməliyyat zalı, həmçinin, İctimaiyyətlə əlaqə idarəsinin Multi-media mərkəzinin fəaliyyəti ilə tanış olub.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər