7 Dekabr 2015 17:19
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xəzər dənizində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən yanğın hələ söndürülməyib”.

Teleqraf.com xəbər verir ki, bunu “Azneft” İstehsalat Birliyinin (İB) baş direktorunun müavini, baş mühəndis Balamirzə Ağarəhimov Xəzər dənizindəki “Günəşli” yatağında baş vermiş qəzalarla əlaqədar “ keçirdiyi mətbuat konfransında bildirib.

Hazırda platformada yanğının davam etdiyini vurğulayan B.Ağarəhimov xilasetmə və yanğını söndürmə işləri bu gün də tam gücü ilə davam etdirildiyini bildirib: "İtkin düşənlərin tapılması və yanğının söndürülməsi ilə bağlı işlər davam edir. Artıq sualtı axtarış işlərinə Geofizika İdarəsi tərəfindən 2-ci dalğıc heyəti də qoşulub. Hazırda onlar da xüsusi sualtı dalğıc aparatları ilə xilasetmə işləri həyata keçrirlər”.

B.Ağarəhimov qeyd edib ki, baş verən yanğının ətraf platformalara heç bir təhlükəsi yoxdur. Yanğın baş verən platforma ilə ətraf platformalar arasında ən azı 1000 metr məsafə olduğunu diqqətə çatdıran B.Ağarəhimov qeyd edib ki, yanan platformanın ətraf platformalarda da yanğın törətmə ehtimalı mümkünsüzdür. “Küləyin sürəti nə qədər çox olsa belə, yanğının ətraf platformalara gəlib çatması inandırıcı deyil”.

B.Ağarəhimov deyib ki, baş verən yanğından öncə güclü küləyin olacağı barədə pltaforma işçilərinə məlumat verilib: “Dekabrın 3-dən etibarən biz küləyin nə qədər güclü olacağını bildiyimiz üçün bütün yerlərə məlumat vermişik. Yəni, bu, birinci dəfə deyil. Bizdə qayda belədir ki, dənizdə küləyin sürəti qalxandan sonra orada heç bir iş görülmür. Bu, Əmək Məcəlləsində də qeyd olunur”.

Sosial şəbəkələrdə cəsədlərlə bağlı yayılan materiallara da toxunan B.Ağarəhimov bu cür halların doğru hərəkət olmadığını söyləyib. O, əlavə edib ki, cəsədlər yanğın baş verən ərazidən təqribən 25 kilometr kənarda tapılıb.

İlhamə


Müəllif:

Oxşar xəbərlər