19 Fevral 2016 14:00
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Apellyasiya Şurasının ilk iclası keçirilib.

“Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Prezidentinin 3 fevral 2016-cı il tarixli fərmanına uyğun olaraq, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində yaradılmış Apellyasiya Şurasının ilk iclası keçirilib.

Bu barədə Komitənin mətbuat xidmətindən məlumat verilib.

İclasda Şuranın cari fəaliyyətinin təşkili, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərdən daxil olan şikayətlərə baxılması qaydaları və digər məsələlər müzakirə edilib.

Apellyasiya Şurasının sədri Arif Əşrəfov şuranın fəaliyyətində bütün zəruri tədbirlərin həyata keçirilməsi və daxil olan şikayətlər üzrə araşdırma işinin ən qısa zamanda aparılması və müraciətlərin operativ cavablandırılmasının vacib olduğunu qeyd edib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Apellyasiya Şurası sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı komitənin və onun struktur (yerli) qurumlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) verilmiş təkrar şikayətlərə baxan və ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən kollegial orqandır.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər