2015-ci ildə 14 nəfər daxili işlər orqanlarından xaric edilib.
APA-nın xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2015-ci ildəki fəaliyyətə dair Milli Məclisə təqdim etdiyi hesabatda bildirilib.
Hesabatda qeyd olunub ki, xidməti vəzifələrinin icrasında nöqsanlara yol verdiklərinə görə müvəqqəti saxlama yerlərinin 85 əməkdaşı intizam qaydasında cəzalandırılıb. Onlardan 14 nəfəri daxili işlər orqanlarında xidmətdən xaric edilib, 2 nəfər tutduğu vəzifədən azad olunub, 69 əməkdaş barəsində isə intizam tədbirləri görülüb.