28 Mart 2016 15:25
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt İntiqam Əliyevi azadlığa buraxılması barədə məhkəmə qərarını alqışlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Pedro Aqramunt şəxsi "Twitter" səhifəsində yazıb.

"Mən hüquq müdafiəçisinin azadlığa buraxılmasını alqışlayıram. Bu, doğru addımdır. Azərbaycanın məhkəmə sistemi həmişə tam müstəqil fəaliyyət göstərir", - deyə P.Aqramunt bildirib.

Qeyd edək ki, bu gün Ali Məhkəmədə baş prokuror Zakir Qaralovun "Hüquq Maarifçiliyi Cəmiyyəti"nin həbsdə olan sədri İntiqam Əliyevlə bağlı məhkəmə qərarından cəzanın ağır olmasına dair verdiyi əlavə kassasiya protesti üzrə məhkəmə keçirilib. Məhkəmə qərarına əsasən, İ.Əliyev 5 il şərti həbs cəzası olmaqla azadlığa buraxılıb.


Müəllif:

Oxşar xəbərlər