30 Mart 2016 11:55
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platformasının üzvləri Azərbaycan Prezidentinin əfv sərəncamı ilə əlaqədar tədbir keçirib.

Humanitar Tədqiqatlar İctimai Birliyinin rəhbəri Əvəz Həsənov Platformanın üç üzvü - Anar Məmmədli, İntiqam Əliyev və Rəsul Cəfərovun azadlığa qovuşduğunu deyib: “Bu, bizim platformamız üçün böyük hadisədir. Üzvlərimizin həbsdə olması işimizin ləngiməsinə və Avropa Birliyində platformaya qarşı inamın azalmasına dəlalət edirdi. Hər dəfə hökumətlə dialoqumuzda xahiş və təkidlə bildirirdik ki, üzvlərimizin azadlığa çıxması üçün əlimizdən gələni etməyə hazırıq. Bu hadisə Avropa Birliyində bizə inamın bərpa olunmasında da böyük təsiri oldu”.

Beynəlxalıq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev çıxışında vətəndaş cəmiyyəti təmsilçilərinin azadlığa çıxmasına görə onların ailələrini təbrik edib. Onun fikrincə, vətəndaşların həmrəyliyində vətəndaş cəmiyyətinin rolu böyükdür: “Məyusluq keçirirəm ki, platforma üzvləri aktiv deyillər. Dövlət bütün uğurları və uğursuzluqları ilə bizim dövlətimizdir, Azərbaycan vətəndaşları da bizimdir. Proseslərdə dövlətimizə və vətədaşlarımıza münasibətdə itkiyə yol verməməliyik”.

O xatırladıb ki, beynəlxalq donorların Azərbaycandan uzaqlaşması nəticəsində QHT çevrəsində işsizlik olub.
Tədbirə İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu da qatılıb. Tədbir iştirakçıları səhər saatlarında Vaşinqtondan Bakıya dönən Qubad İbadoğluna tədbirə qatıldığı üçün təşəkkür ediblər.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər