Azərbaycan Silahlı Qüvvələrinə məxsus tankın ermənilər tərəfindən vurulması ilə bağlı yayılan məlumatlar dezinformasiyadır.
Bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı erməni KİV-lərinin təmas xəttində guya Azərbaycan Silahlı Qüvvələrinə məxsus tankın erməni hərbçiləri tərəfindən vurulması ilə bağlı yaydığı məlumata münasibət bildirərkən deyib.
O, qeyd edib ki, atəşkəs əldə edildiyindən Azərbaycan tərəfi barışığa sadiq qalıb: "Azərbaycan əldə olunmuş barışığa sadiqdir, müvafiq olaraq tanklarımız və digər texnika qoşunların təmas xəttinə çıxarılmayıb. Azərbaycan erməniləri o qədər qorxudub ki, onlar hətta məhv olunmuş tanklarını bizimki kimi göstərirlər. Birmənalı olaraq deyə bilərəm ki, bu, aprelin əvvəllərində aktiv hərbi əməliyyatlar zamanı vurduğumuz tankdır. Bu yalan informasiyanı yaymaqla onlar erməni əsgərlərinin döyüş ruhunu qaldırmaq istəyirlər".