20 Aprel 2016 09:59
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər dənizinin Türkmənistan sahillərində neftçi olduğu ehtimal edilən meyit tapılıb.

Teleqraf.com FHN-in saytına istinadən xəbər verir ki, Azərbaycanın Türkmənistandakı səfirliyindən bildirilib ki, aprelin 18-də Xəzər dənizinin Türkmənistan sahillərində meyiti tapılan şəxsin ilkin olaraq, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin olduğu ehtimal edilir.

Bununla əlaqədar, FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsinin istintaq qrupu ilə birgə cəsədin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana göndərilməsi üçün hazırlıq işlərinə başlanılıb.


Müəllif:

Oxşar xəbərlər