26 Aprel 2016 13:02
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dağlıq Qarabağ Respublikası”nın “prezidenti” Bako Saakyan bu gün səhər Ağdərə rayonuna gəlib.

Musavat.com-un erməni mətbuatına istinadən yaydığı xəbərə görə, o, Ağdərə rayon “administrasiyası” ilə “işgüzar toplantı” keçirib.

Toplantıda “DQR”-in “müdafiə naziri”, Qarabağ müharibəsi veteranlar birliyinin sədri Samvel Karapetyan və digər şəxslər iştirak edib.

Qeyd edək ki, Saakyan ötən həftə də Hadrutda və Xocavənddə olmuşdu, terrorçu qruplaşmaların rəhbərlərini təlimatlandırmışdı. Aprelin 26-sına keçən gecə düşmənin təxribatlarına və davamlı atəşlərinə cavab olaraq Azərbaycan ordusu düşmənin Ağdərə istiqamətində də hərbi obyektlərini vurub.

Hələlik Azərbaycanın rəsmi qurumları Qarabağ separatçılarının başçısının təmas xəttinə gəlməsinə münasibət bildirməyiblər.


Müəllif:

Oxşar xəbərlər