Qarabağda Ermənistan ordusunun daha bir əsgəri ölüb.
Teleqraf.com news.am-a istinadən xəbər verir ki, Xankəndi şəhərinin xəstəxanasına yaralı vəziyyətdə çatdırılan 20 yaşlı erməni əsgəri Sarkis Qasparyan ölüb.
Erməni mediası onun aprelin 29-da yaralandığını yazıb.
Məlumata görə, sözügedən əsgər Mesrop Maştoç universitetinin ikinci kurs tələbəsi olub.
Nərgiz