Astara rayonunda sərnişin mikroavtobusu "Shacman" markalı yük maşını ilə toqquşub.
"Report"un məlumatına görə, hadisə Ələt-Astara magistralının Astara rayonu Çayoba kəndi ərazisində qeydə alınıb.
Astara rayonundan Lənkəran şəhəri istiqamətində hərəkətdə olan sərnişin mikroavtobusunun yük maşını ilə toqquşması nəticəsində ölən və yaralananların olduğu bildirilir.
APA-nın xəbərinə görə, “Ford” markalı sərnişin mikroavtobusunun ağır tonnajlı yük maşını ilə toqquşması nəticəsində avtobusda olan 4 sərnişin ölüb, 7 nəfər müxtəlif bədən xəsarətləri alıb.
Xəsarət alanlar Astara və Lənkəran xəstəxanalarına yerləşdiriliblər.