“Mən 23-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ilə əlaqədar sizi təbrik edirəm. Azərbaycan enerji diversifikasiyası sahəsində etibarlı tərəfdaş olaraq qalır”.
Bu sözlər ABŞ prezidenti Barak Obamanın Bakıda keçirilən 23-cü Beynəlxalq Neft və Qaz Sərgisinin iştirakçılarına göndərdiyi təbrik məktubunda yer alıb.
B. Obama bildirib ki, ABŞ Azərbaycan iqtisadiyyatının diversifikasiyasını və hərtərəfli inkişafını dəstəkləyir: “ABŞ Azərbaycanın ən böyük tərəfdaşı olmaqda davam edir”. //APA