20 Mart 2015 09:49
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları Ukraynanın şərqində atəşkəs haqqında Minsk razılaşmalarının bütün şərtləri yerinə yetirilməyincə qüvvədə qalacaq". Teleqraf.com BBC-yə istinadən bildirir ki, bunu Avropa Şurasının rəhbəri Donald Tusk Brüsseldə bəyan edib.

Sanksiyalrın Minsk razılaşmalarının həyata keçirilməsi ilə əlaqələndirmək qərarı Avropa liderləri tərəfindən cümə axşamı günü keçirilən Avropa İttifaqının (Aİ) sammitində qəbul olunub.

Söhbət bu ilin iyul ayında müddəti başa çatmaqda olan energetika, maliyyə və müdafiə sahələrində daha sərt sanksiyalardan gedir.

Sanksiyaların uzadılması məsələsi Aİ üzvü olan 28 ölkə arasında ciddi fikir ayrılığına səbəb olmuşdur.

Sammit ərəfəsində Avstriya, Yunanıstan, İspaniya, Slovakiya və Macarıstan sanksiyaların uzadılmasına qarşı çıxış ediblər.

Britaniya Polşa, Skandinaviya dövlətləri və Baltika ölkələri, əksinə, qüvvədə olan sanksiyaların daha da sərtləşdirilməsi lehinə danışıblar.

Aİ tərəfindən kompromisli qərar qəbul olunub: sanksiyalar müddətinin uzadılması haqqında qərar iyun ayında qəbul olunacaq, lakin onların ləğv edilməsi artıq bu gün Minsk razılaşmalarının tam yerinə yetirilməsi ilə bağlanır.

Politoloqların fikrincə, bu, sanksiyaların cari ilin sonunadək qüvvədə qalması deməkdir.

Brüssel sammiti əsnasında Avropa liderləri həmçinin “lazım gələrsə, bundan sonra da qərarlar qəbul etməyə” hazır olduqlarını bildiriblər.

Ötən həftə Aİ Brüssel tərəfindən Ukraynanın ərazi bütövlüyünün pozulmasına aidiyyəti olduğu bilinən 150 fiziki və 37 hüquqi şəxsə dair fərdi sanksiyaları yarım il müddətinə uzadıb.

Aİ samittinin qərarı kompromisli olub

Bir il əvvəl tətbiq edilən fərdi sanksiyaların müddəti martın 15-də başa çatmalı idi, lakin bu ilin yanvar ayında Ukraynanın şərqində vəziyyətin kəskin şəkildə gərginləşməsi səbəbindən Aİ onların uzadılması qərarı qəbul edib.

Fərdi sanksiyalar Aİ ölkələrinə daxil olmaq və Aİ ərazilərində yerləşdirilmiş aktivlər üzərində moratorium nəzərdə tutur. Daha əvvəl ABŞ prezidenti Barak Obama Rusiyaya qarşı amerika sanksiyalarının təsir müddətini daha bir ilə uzadıb.

Bu günlər Dövlət Departamentinin nümayəndəsi Jen Psaki Krımın ilhaqı ilə bağlı Rusiyaya qarşı ABŞ tərəfindən tətbiq edilən sanksiyaların yarımada Ukraynaya qaytarılana qədər qüvvədə qalacağını bəyan etmişdi.


Müəllif:

Oxşar xəbərlər