1 İyun 2015 11:53
1 787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna böhranı ilə əlaqədar Qərbin təzyiqi ilə üzləşən Rusiya Suriya siyasətini dəyişmək məcburiyyətində qalıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Qərbin tətbiq etdiyi sanksiyalar səbəbindən Körfəz ölkələri ilə yaxınlaşan Moskva Dəməşqdəki hərbi müşavirlərini və diplomatlarını geri çağırıb.


2011-ci ildə Suriyada başlayan müharibədə Bəşər Əsədin ən yaxın tərəfdarlarından olan və Dəməşq əleyhinə qərarlara veto qoyaraq, öz dəstəyini ifadə edən Rusiya Yaxın Şərqdəki rolunu dəyişdirməyə başlayıb. Ərəb mətbuatında yer alan xəbərlərə görə, dörd illik vətəndaş müharibəsi dövrü ərzində Əsəd ordusuna yardım edən Kreml Dəməşqə göndərdiyi 100 hərbi müşavir və onun ailələrini təyyarə ilə Moskvaya gətirib. Məlumatda həmçinin Putinin Dəməşqdəki səfirlik əməkdaşlarının bir qismini də Moskvaya çağırdığı bildirilib.

Samir


Müəllif:

Oxşar xəbərlər