10 İyun 2015 15:12
1 535
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cumhuriyytə Xalq Partiyasının (CHP) antaliyalı millət vəkili Dəniz Baykalla görüşüb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Ərdoğanın Baykalla parlamentin fəaliyyəti ilə bağlı müzakirələr aparacağı gözlənilir. Görüş üçün Baykal Ərdoğanın iqamətgahına gəlib. CHP millət vəkilini przidentin sözçücü Hasan Doğan qarşılayıb.


Baykalın CHP lideri Kamal Kılıçdaroğlu ilə məsləhətləşmədən sonra bu görüşə razılıq verdiyi açıqlanıb.

Görüşdən sonra Dəniz Baykal açıqlama verib. O, deyib ki, təlaşa ehtiyac yoxdur: "Kömək etməyə çalışacam. Ərdoğan Türkiyə Böyük Millət Məclisinin açılışından əvvəl Məclisə müvəqqəti sədr olaraq mənimlə parlamentdə görüləcək işlərlə bağlı müzakirələr apardı. Görüşdə koalisiya ilə bağlı müzakirələr aparılmadı. Çünki mən adi millət vəkiliyəm. Bu müzkairələr üçün partiya və partiya sədrləri var. Siyasi partiyalar öz aralarında razılaşmanı təmin etdikdən sonra prezidentlər buna maneə ola bilməz. Prezidentdən də koalisiya hökuməti qurmaq üçün hər hansı tapşırıq almadım. Hal-hazırda gündəmdə erkən seçki deyil, koalisiya yaradılması olmalıdır. Bir an əvvəl Türkiyə bu qeyri-müəyyənlik dövrünü aşmalıdır. Hörmətli prezident də bu fikirdədir".

Samir


Müəllif:

Oxşar xəbərlər