Şimali Koreya lideri Kim Çen In ordunun tam döyüş hazırlığı vəziyyətinə gətirilmısini əmr edib.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, buna dünən Cənubi Koreyanın Şimali Koreyanı artilleriya atəşinə tutması səbəb olub.
In bu barədə əmri çağırdığı fövqəladə iclasda verib. O, ölkənin bir həssində müharibə vəziyyəti elan edib. Bu vəziyyət Seul sərhəd boyu anti-Pxenyan təbliğatını başa çatdırmayana qədər davam edəcək.
Qeyd edək ki, gərginlik Cənubi Koreya ərazisində 11 illik fasilədən sonra yenidən anti-kommunist təbliğatının başlamasından sonra yaranıb. Bu addımdam sonra Şimali Koreya qonşu dövlətin sərhədyanı ərazilərini atəşə tutub. Cənubi Koreyanın Müdafiə Nazirliyi bildirir ki, Şimali Koreyanın hərbi hissəyə açdığı atəşə artilleriya zərbələrilə cavab verilib.
Samir