Polşa, Rumıniya və Türkiyə xarici işlər nazirlərinin Varşavada keçirilən üçtərəfli siyasi və hərbi əməkdaşlıq məsələləri üzrə birgə toplantısından sonra nazirlər jurnalistlərin suallarını cavablandırıb.
Teleqraf.com Anadolu Agentliyinə istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu NATO-un Şərq istiqamətindəki fəaliyyətilə bağlı müzakirələrin aparıldığını bildirib: "Rusiyanın hücum xarakterli siyasəti Ukrayna, Gürcüstan, Qaradəniz, Ağ Dəniz və Suriyadakı fəaliyyəti bölgənin təhlükəsizliyinə ciddi təhdiddir. NATO olaraq buna qarşı hansı addımlar atmalıyıq? Varşavadakı zirvə toplantısında bu məsələlər müzakirə olunacaq. Vladimir Putin NATO üzvü olan ölkələri hədəf alıb. Biz ballistik raket sistemlərini genişləndirməliyik. Nə Türkiyənin, nə Polşanın nə də Rumıniyanın qonşu ölkələrin ərazilərində gözü yoxdur. Biz özümüzü müdafiə edirik və terrorçuluğa qarşı mübarizə aparırıq".
Ayxan