22 İyun 2016 10:11
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası öz işini davam etdirir.

Teleqraf.com xəbər verir ki, iyunun 21-də qurumun uşaqlar üzrə baş məruzəçisi Sevinc Fətəliyeva “Uşaqların seksuallaşması ilə mübarizə” mövzusunda çıxış edib.

Milli Məclisin deputatı bildirib ki, müasir dövrdə bütün dövlətlərdə uşaqların seksuallaşması ilə mübarizə mövzusunun müzakirəsinə böyük ehtiyac var. İnformasiya texnologiyalarının inkişafı, media və reklam sənayesinin təsiri altında uşaqların dəyər sistemləri tamamilə dəyişir. Media vasitəsilə təqdim olunan stereotiplər onları ailə dəyərlərindən uzaqlaşdırır.

Qeyd edilib ki, “Mini miss” gözəllik müsabiqələrində, moda nümayişlərində balaca uşaqların böyüklər sayağı cazibədar görünməsi, musiqi və televiziya ulduzları kimi diqqət cəlb etməsi, seksual görünmələri uşaqların mənəviyyatına təsir edir. Belə uşaqların beyinlərində iki fərqli yanaşma formalaşır: biri ailə dəyərləri əsasında qurulan, digəri isə media və reklam sənayesinin təsiri nəticəsində formalaşan. Bu iki yanaşma bir-biri ilə mübarizədədir. Bu proses uşaqların həyatda düzgün istiqamətlənməsinə mane ola və gələcəkdə qeyri-normal həyat tərzinə apara bilər. Biz uşaqların tərbiyəsi zamanı onların uşaq kimi, yaşlarına uyğun həyat sürməsinə çalışmalıyıq və ailə, məktəb, hökumət səviyyəsində sağlam mühitin təmin olunması, media və reklam sənayesinə nəzarətin tətbiqi ilə onları medianın stereotiplərindən qorumalıyıq.

Cavad


Müəllif:

Oxşar xəbərlər