13 İyul 2016 14:44
962
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yaxınlarda məhbəsdən azadlığa çıxan jurnalist Xədicə İsmayıl Feysbukda yenə Müsavatın "bostanına daş atıb".

Teleqraf.com xəbər verir ki, sözügedən statusda jurnalist bir etirafda bulunub: “Bir etiraf edim. Həbsxanada ikən mən də "Darıxıram" şeiri yazmışdım. Təcridxanadan həbsxanaya köçəndə dəftərlərimi evə göndərəndə bərk-bərk tapşırdım ki, şeirimi yaymasınlar”.

Ancaq məsələnin maraqlı tərəfi başqadır. Belə ki, bir neçə il öncə Müsavat Partiyasının başqanı Arif Hacılı həbsxanada “Darıxıram” şeiri yazmışdı. Həmin şeir “Yeni Müsavat” qəzetinin 7 sentyabr 2011-ci il buraxılışında çap olunmuşdu. Sonradan bu şeirə görə Arif Hacılı İctimai Palatada birgə fəaliyyət göstərdikləri AXCP-nin fəalları tərəfindən ciddi tənqidə məruz qalmışdı. Bu şeirdən hətta uzaga gedən nəticələr çıxararaq Arif Hacılının artıq yorulduğu, siyasi fəaliyyətə ara verdiyi və siyasətdən gedəcəyi haqda fikirlər də dövriyəyə buraxılmışdı. Böyük ehtimalla jurnalist yazdığı statusla Arif Hacılının vaxtı ilə həbsxanada “Darıxıram” şeiri yazdığına işarə vurub və bu məsələni bir daha gündəmə gətirmək istəyib.

Onu da xatırladaq ki, sözügedən statusun altında AXCP fəalları şərhlər yazıb və Arif Hacılını xatırladaraq deyiblər ki, Xədicə İsmayıldan fərqli olaraq Müsavat başqanı yazdığı şeiri ictimailəşdirib. Onu da qeyd edək ki, bu yaxınlarda jurnalist Xədicə İsmayılın verdiyi müsahibədə Müsavat Partiyası haqqında səsləndirdiyi fikirlər bu partiyanın funksionerləri və fəalları tərəfindən ciddi tənqid edilmişdi.

Cabbar


Müəllif:

Oxşar xəbərlər