2 Avqust 2016 12:36
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanda baş verən dağıdıcı proseslərə, ictimai-siyasi kataklizmlərə münasibətdə bir sıra beynəlxalq təşkilatlar loyal mövqe nümayiş etdirirlər. Onlar yalnız tərəfləri dialoqa çağırmaqla kifayətlənirlər”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, YAP İdarə Heyətinin üzvü Bahar Muradova deyib.

Onun sözlərinə görə, bu, ikili standart nümunəsidir: “Əgər bu proseslər digər ölkələrdə, o cümlədən Azərbaycanda müşahidə edilsəydi, o zaman bəzi beynəlxalq təşkilatlar müxtəlif bəyanatlar səsləndirər, loyallıq nümayiş etdirməzdilər. Bəhs olunan təşkilatlar müstəqil siyasət yeridən ölkələrə qarşı həmin loyallığı nümayiş etdirmirlər, hətta ictimai asayişin qorunmasına xidmət edən tədbirləri belə tənqid və qınaq obyektinə çevirirlər”.

“Ermənistanda kütləvi həbslər baş verir, polis əməkdaşları bir çox tanınmış şəxsləri – millət vəkillərini, ictimai xadimləri həbs edirlər, çoxsaylı xəsarət alanlar var, bütövlükdə isə, ölkədə ciddi qarşıdurmalar yaşanır. Belə olan halda, bir sıra beynəlxalq təşkilatların yalnız narahatlıq keçirdiklərini bəyan etmələri, tərəfləri dialoqa, qarşılıqlı anlaşmaya çağırmaqla kifayətlənmələri birtərəfli yanaşma və ikili standart nümunəsidir”, – deyə Milli Məclis sədrinin müavini əlavə edib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər