8 Avqust 2016 16:45
1 639
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə prezidenti Ərdoğanın rusiyalı həmkarı Putinlə sabahkı görüşü çox mühüm hadisədir. Hər iki tərəf münasibətlərin normallaşmasına, sağlamlaşmasına ehtiyacı hiss edir. Bütün hallarda münasibətlərdəki problemlərə son qoyulacaq, tərəflər əməkdaşlığa üstünlük verəcək”.

Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə sabah Sankt-Peterburqda gözlənilən Putin-Ərdoğan görüşünü şərh edərkən deyib.

O, bildirib ki, bu görüşdən sonra hər iki tərəf onlar üçün faydalı olan əməkdaşlığın bərpasına başlayacaq.

Z.Əlizadə hesab edir ki, sabah baş tutacaq görüşlə vurulan rus qırıcı təyyarəsi də tarixə çevriləcək: “Mümkündür ki, Ankaranın Bəşər Əsədi devirmək siyasəti sona yetsin, Ermənistana münasibəti dəyişsin”.

Politoloq hazırda Bakıda İlham Əliyev, Vladimir PutinHəsən Ruhani arasında baş tutan görüşü də mühüm hadisə adlandırıb: “Bu görüşə münasibətim müsbətdir. Bunu ancaq alqışlamaq olar. Əminəm ki, görüşdə ilk olaraq iqtisadi imkanların reallaşması mexanizmləri müəyyən ediləcək. Eləcə də Şimal-Cənub nəqliyyat dəhlizinin səmərəli istifadəsi mühümdür. Fikir verin, Çin böyük inadla İpək Yolunu reallaşdırmağa çalışır. Bununla iqtisadi mənafelərini və istəklərini həyata keçirmək istəyir. Bunu Rusiya da, Qazaxıstan da, İran da istəyir. Təbii ki, Azərbaycan da istəyir. Kim istəməz ki, qazansın.

Beləcə, hər 3 tərəf faydalı şəraitdə öz mənfəətlərini götürür. Şimal-Cənub dəhlizi işləməlidir. Bu, Azərbaycana yüz milyonlarla dollar qazanc gətirə bilər. Görüşdə Türkiyəyə siyasi dəstək məsələsi də müzakirə edilə bilər.

Ancaq düşünmürəm ki, Dağlıq Qarabağ münaqişəsi bu görüşdə müzakirə edilsin. İranın bu münaqişədə rolu geniş deyil. Münaqişənin ağası Rusiyadır. Rusiya imkan verməz ki, Qərb və ya İran bu işə müdaxilə etsin. Odur ki, Bakı görüşündə ilk olaraq iqtisadi məsələlərin tənzimlənməsi və rəvan getməsi əsas müzakirə mövzusu olacaq”.

Cabir


Müəllif:

Oxşar xəbərlər