“2014-2018-ci illəri əhatə edən regional inkişaf proqramı uğurla icra olunmaqdadır. Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafının təmin edilməsində mühüm rol oynayır”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Azər Badamov deyib.
A.Badamov qeyd edib ki, inkişaf proqramlarının əsas hədəflərindən biri regionlarda işsizlik probleminin aradan qaldırılmasıdır. Onun sözlərinə görə, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla həyata keçirilməsinin nəticəsi olaraq ötən müddət ərzində respublika ərazisində yüz minlərlə yeni iş yeri yaradılıb.
Deputat qeyd edib ki, regionların sosial-iqtisadi inkişafının əsasını təşkil edən Dövlət proqramlarının ən mühüm tədbirlərindən biri yoxsulluğun azalmasına yönəlib: “Yoxsulluğa qarşı mübarizənin vacib şərtlərindən birini bölgələrdə yaşayış şəraitini yaxşılaşdırmaq və çoxlu sayda yeni iş yerləri yaratmaq təşkil edir. Bölgələrdə yeni iş yerlərinin açılması və işsizlik probleminin, demək olar ki, həlli ölkəmizdə yoxsulluğun aradan qaldırılmasına əhəmiyyətli təsir edib. Ötən dövrdə yoxsulluq təqribən 50 faizdən 5 faizə düşüb, işsizlik də 5 faiz təşkil edir”.
Cavad