“YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva bu gün Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin Siyasi məsələlər üzrə ikinci katibi Ceyms Holderi partiyanın mənzil qərargahında qəbul edib”.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı YAP-ın internet saytı yayıb.
Məlumatda qeyd edilir ki, görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, üst-üstə düşən maraqlar ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişafına əhəmiyyətli töhfə verəcəkdir.
Görüşdə, həmçinin sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referenduma hazırlıqla əlaqədar həyata keçirilən tədbirlərdən bəhs edilib.
Cavad