22 Aprel 2014 15:37
1 091
12 Punto 14 Punto 16 Punto 18 Punto

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Milli Şuradan ayrılır.

KXCP sədrinin müavini Xəzər Teyyublu Publika.Az-a açıqlamasında bələdiyyə seçkilərində iştirakla bağlı qərar verdiklərini təsdiqləyib. Bildirib ki, KXCP bu məsələdə israrlıdır və hazırda təşkilatlanma işləri aparılır: “2014-cü ildə partiyanın Ali Məclisi bələdiyyə seçkilərində iştirak qərarının verib. Bütün respublika boyu namizədlərimiz hazırdır, seçkilərə ciddi hazırlıq işi gedir. Regionlarda iclaslar keçirilib, seçkilərlə bağlı təlimatlar hazırlanıb, bütün şöbələrə çatdırılıb və buna uyğun ciddi hazırlıq işləri həyata keçirilir. İstəyirik ki, bələdiyyə seçkilərində öz gücümüzü ortaya qoyaq”.

Partiya rəsmisi qeyd edib ki, KXCP Milli Şuranın seçkilərlə bağlı hansı qərarı verməsindən asılı olmayaraq qərarını qüvvədə saxlayacaq.

“Milli Şurada bu məsələlər müzakirə olunmayıb. İstərdik ki, onlar da öz qərarını versin. Çünki əgər Milli Şura parlament seçkilərində iştirak etməyi düşünürsə, bələdiyyə seçkilərində də iştirakı məqsədəuyğun hesab etməli və qərar verməlidir. Bu yalnız işin xeyrinə olar. Yox, qərarları başqa cür olacaqsa, KZXCP-nin qərarı qüvvədədir və bu qərar icra olunacaq”-deyə partiya rəsmisi bildirib.

Lakin X. Teyyub AXCP ilə fikir ayrılıqlarının, qarşıdurmanın olmadığını bildirib. Onun sözlərinə görə, KXCP birliyin tərəfdarıdır və sona qədər bunu dəstəkləyir: “Bizim Əli Kərimlinin təşkilatı ilə heç bir problemimiz yoxdur. Elçibəyin zamanında hansısa ayrılıqlar, parçalanmalar olub. Amma indi ümumi iş namizəd, gələcək namizəd bir yerdə olmağımız daha doğrudur. KXCP müxalifətin favorit qüvvəsi olaraq hər kəsin bir yerdə olmağı arzu edir. Gələcəkdə nə olacaqsa, bu, gələcəyin işidir. Amma bu gün heç bir siyasi təşkilatla problemimiz yoxdur. Sadəcə olaraq seçkilərdə iştirak etmələrini istəyirik”.


Müəllif:

Oxşar xəbərlər