23 Sentyabr 2016 15:55
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Venesiya Komissiyasının referendumla bağlı açıqladığı ilkin rəy göstərir ki, həmişə olduğu kimi Azərbaycanı istəməyən qüvvələr öz məkrli niyyətlərini həyata keçirtmək üçün hərəkətə keçib”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.

Deputat bildirib ki, qaydalara əsasən, ölkəmizlə bağlı hər hansı bir qanun layihəsinə dair ilkin rəy hazırlananda Azərbaycan tərəfinin fikirləri, arqumentləri öyrənilir və yalnız bundan sonra həmin rəy dərc edilir: “Lakin Venesiya Komissiya bu prosedur qaydaları kobud surətdə pozub”.

R.Əliyev rəydə vitse-prezidentlik postunun yaradılmasının demokratik standartlara cavab vermədiyinə dair mülahizələri də şərh edib: “Rəy müəlliflərindən soruşmaq lazımdır ki, söhbət hansı beynəlxalq standartlardan gedir. Özünü dünyanın ən demokratik ölkəsi sayan ABŞ-da və digər inkişaf etmiş ölkələrdə vitse-prezidentlik institutu çoxdan mövcuddur. Rəylə tanış olandan sonra hər kəsdə belə təsəvvür yaranır ki, komissiya rəyini anti-Azərbaycan, ermənipərəst qüvvələrin sifarişi ilə hazırlayıb. Ancaq bu qüvvələr nə qədər çalışsalar da, Azərbaycan öz seçdiyi yoldan dönməyəcək. Ölkəmiz Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da sürətlə inkişaf edəcək və dünyanın inkişaf etmiş, qabaqcıl ölkələri arasında öz yerini daha da möhkəmlədəcək”.

Kəmalə


Müəllif:

Oxşar xəbərlər