26 Sentyabr 2016 11:50
458
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Səhər saat 8-də məntəqəni seçiçilər üçün açıq elan etdik. İndiyə kimi 291 nəfər referendumda iştirak edib”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Suraxanı rayonu 32-ci seçki dairəsinin 1 saylı seçki məntəqəsinin sədri Elmira Süleymanova deyib.

Onun sözlərinə görə, seçicilərin davamiyyəti çox yaxşıdır: “Qutuları möhürləmişik, müşahidəçilərə hər şey başa salınıb, bülletenlər sayılıb. Bizim seçki məntəqəsində 1193 nəfər qeydiyyatdadır. İçərisində xəstə olanları da var, bəziləri bizə müraciət ediblər. İndiyə kimi 291 nəfər referendumda iştirak edib”.

Məntəqə sədri əlavə edib ki, referendumu 10-a yaxın yerli müşahidəçi izləyir: “Xarici müşahidəçilərimiz isə hələ ki, yoxdur”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər