MDB Parlamentlərarası Assambleyasının (PA) beynəlxalq müşahidəçilər missiyasının üzvləri Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsinin (referendumun) monitorinqinin nəticələrinə dair müşavirə keçiriblər.
MDB PA-dan Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı iştirakçılar Bakı, Sumqayıt və Abşeron rayonunda yerləşən seçki məntəqələrində səsvermənin gedişinin monitorinqi üzrə təəssüratlarını bölüşüb.
MDB PA-nın Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının Monitorinqi Beynəlxalq İnstitutunun (MDB PA DİMBİ) direktoru Dmitri Qladey müşahidəsi əsasında apardığı qeydləri, eləcə də Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum üzrə monitorinq barədə informasiya təqdim edib.
Müşavirə iştirakçıları monitorinq nəticələrinə dair yekun sənədi müzakirə edib və sənəd qəbul edilib.