19 Oktyabr 2016 09:49
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatları Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının komissiya iclaslarında iştirak etmək üçün oktyabrın 19-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək.

Parlamentin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə qurumun sosial siyasət və insan hüquqları daimi komissiyasının toplantısında iştirak edəcək. Arif Rəhimzadənin rəhbərlik etdiyi komissiyada ictimai əhəmiyyət kəsb edən bir sıra aktual məsələlərə baxılacaq.

Deputat Rüstəm Xəlilov iqtisadiyyat və maliyyə məsələləri üzrə daimi komissiyanın iclasına qatılacaq. Yığıncaqda “Dövlət sənaye siyasəti”, “Qiymətlərin dövlət tərəfindən tənzimlənməsi”, “Xarici ticarətlə bağlı fəaliyyətin tənzimlənməsi” haqqında model qanun layihələri, MDB-yə üzv ölkələr üçün model Vergi Məcəlləsinin konsepsiyası, dövlət və özəl sektor arasında tərəfdaşlıq mexanizmlərinin hazırlanması və tətbiqi üzrə sənədlə bağlı müzakirələr aparılacaq.

Deputatlarımız müzakirə olunan məsələlər barədə fikirlərini açıqlayacaq, rəy və təkliflərini verəcəklər. Səfər oktyabrın 23-də başa çatacaq.


Müəllif:

Oxşar xəbərlər