21 Oktyabr 2016 16:36
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rəsul Quliyev savadlı adamdır, siyasətdən başı çıxır. Ancaq bəzən ona yaraşmayan səhvlər edir, səhv fikirlər deyir. Bu da məndə təəssüf hissi yaradır. Rəsul Quliyev bilməlidir ki, Azərbaycan xalqı müstəqilliyə nail olmaq üçün fədakarlıq edib, mübarizə aparıb. Və bu yolda şəhidlər verib. 20 yanvar şəhidlərini Rəsul Quliyevin yadına salıram. Bunlar nə üçün şəhid oldu? İnsanlar əliyalın sovet ordusunun qabağını kəsməyə, vətəni müdafiə etməyə çalışdılar və qurban getdilər. Bunları nəzərə almaq lazımdır”.

Bunu Teleqraf.com-a istiqlalçı deputat, professor Hacıbaba Əzimov deyib. Xatırladaq ki, eks-spiker Rəsul Quliyev bildirmişdi ki, Azərbaycan məcburən müstəqilliyi elan edib. Onun fikrincə, bu müstəqilliyin qazanılmasında Azərbaycanın rolu az olub.

Hacıbaba Əzimov isə deyib ki, o zaman heç kim bilmirdi ki, SSRİ dağılacaq və ya əksinə güclənəcək: “Ancaq buna baxmayaraq, martda 43 deputat özündə güc taparaq SSRİ-nin saxlanılmasına qarşı çıxış etdi. Müstəqillik mexaniki yaranmayıb. Bunun üçün mübarizə aparan insanlar olub. Rəsul Quliyev 7 martda SSRİ-nin saxlanılması haqda referendumda bitərəf qalmışdı. Çox yaxşı haldır ki, heç olmasa, lehinə səs verməmişdi. İndi bütün bunları unutmaq, bir kənara qoymaq doğru deyil”.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər