22 Oktyabr 2016 11:20
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Vyana və Sankt-Peterburqdakı sammitlərdən sonra münaqişənin həlli prosesində irəliləmək üçün yaxşı imkan yaranıb"

"Report" xəbər verir ki, bunu jurnalistlərə Bakıda səfərdə olan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.

ATƏT MQ həmsədri Bakıya gecə saatlarında gəldiyini deyərək, sabah vasitəçilərin Azərbaycan prezidenti ilə görüşünün planlaşdırıldığını qeyd edib.

"Həmsədrlər regiondakı bu görüşləri səbirsizliklə gözləyir. Biz Dağlıq Qarabağ münaqişəsi ətrafında davamlı sülhün əldə olunması üçün mövcud format çərçivəsində tərəflərlə işləməyə hazırıq", - deyə C.Uorlik vurğulayıb.


Müəllif: