28 Oktyabr 2016 09:46
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyə bu günə qədər ATƏT-in Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə görülmüş işlərə dəstək verib və bundan sonra da bu dəstəyinə davam edəcək”.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.

Diplomat Türkiyənin Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini hər kəsdən daha çox istədiyini vurğulayıb: “Bu məsələ uzandıqca, Azərbaycana qarşı edilən haqsızlıqlar da uzanmağa davam edir. Bunun üçün də bu məsələni tez bir zamanda həll etmək lazımdır. Türkiyənin səyləri də bu istiqamətdə olacaq”.

O, Türkiyənin Azərbaycandakı səfiri olaraq prioritetinin iki ölkə arasında qardaşlığın daha da inkişaf etdirmək olacağını qeyd edib.

Regiondakı əməkdaşlığa toxunan Erkan Özoral söyləyib ki, Azərbaycanın və Türkiyənin regionun digər ölkələri ilə əməkdaşlığı Rusiya da daxil olmaqla hər üç ölkəyə fayda verəcək. Onun sözlərinə görə, istər Azərbaycan-Türkiyə-Rusiya, istər Azərbaycan-Türkiyə-İran, istərsə də Azərbaycan-Türkiyə-Gürcüstan formatında olan əməkdaşlıq regionun rifahına yol açacaq. Bunu da bütün dövlətlər istəyir.

Türkiyənin FETÖ terror təşkilatı ilə mübarizəsinə toxunan E.Özoral bildirib ki, bu terror təşkilatı xalqın dini hisslərindən sui-istifadə edərək dövlət çevrilişini həyata keçirməyə cəhd göstərib: “Ona görə də dövlət orqanlarının bu xain təşkilatdan təmizlənməsi sona çatanadək mübarizəmiz dayanmayacaq”.

Səfr vurğulayıb ki, dövlətə qarşı xəyanət edənlər mütləq öz cəzalarını alacaqlar.


Müəllif:

Oxşar xəbərlər