1 Noyabr 2016 15:02
480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Böyük Britaniyanın Azərbaycandakı səfirinin siyasi məsələlər üzrə katibi Ceyms Holder ilə görüşüb.

Teleqraf.com ALDP-nin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Azərbaycanda keçirilən referendumdan sonra ictimai-siyasi vəziyyət, müxalifətin dürmü və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

“Əsas məqsədimiz Azərbaycandan beyin axının qarşısını almaq, gəncləri maarifləndirmək və onların hüquqlarını öyrətməkdir”, - ALDP sədri gənclərlə bağlı sualı cavablandırıb.


Ceyms Holder öz növbəsində bu səmərəli görüşlərin davamlı olacağına ümüd etdiyini bildirib.

Cavad


Müəllif:

Oxşar xəbərlər