Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) “Azadlıq” Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzindən çıxıb.
Teleqraf.com xəbər verir ki, ALDP-nin bu haqda qərarı olsa da, bu barədə mətbuata xüsusi açıqlama verilməyib.
Əldə etdiyimiz məlumata görə, mərkəzin yayda fəaliyyətini dayandırması ALDP-ni razı salmayıb. Liberal demokratlar mərkəzə təklif edib ki, 26 sentyabr referendumunda iştirak edilsin. Hətta mərkəzin sonuncu toplantısı zamanı bu partiya təklif irəli sürüb və referendumla bağlı təşviqat qrupu yaradılmasının zəruriliyini bildirib. Bununla bağlı mərkəzdə ilkin razılıq əldə olunsa da, nəticə olmayıb.
Bundan sonra ALDP öz daxilində “Azadlıq” Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzindən çıxmaqla bağlı müzakirələr aparıb. Müzakirələrin sonunda mərkəzdən çıxmaq haqda qərar verilib.
ALDP sədri Fuad Əliyev saytımıza deyib ki, artıq mərkəzdə fəaliyyətlərini dayandırıblar. Bununla belə partiya sədri bunun səbəbləri haqqında danışmayıb və əlavə şərh verməyib.
NEMƏT