Bu gün Milli Məclisin payız sesiyasının plenar iclası öz işinə başlayıb.
Teleqraf.com xəbər verir ki, deputatlar cari məsələlərə vaxt ayırmadan qanun layihələrini müzakirə ediblər.
“İnvestisiya fondları haqqında” Qanununda dəyişikliklər edilməsi barədə qanunun layihəsi müzakirə edilib. Bu haqda deputatlara İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.
Komitə sədri deyib ki, qanuna texniki dəyişiklik edilir.
Bundan başqa, “Qiymətli kağızlar bazarı haqqında” və “Kommersiya sirri haqqında”, Azərbaycan Respublikasının 1996-cı il 29 noyabr tarixli 208-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə və “Dövlət rüsumu haqqında” Qanununda dəyişiklik edilməsi barədə layihələr qəbul edilib.
Nemət