18 Noyabr 2016 23:39
491
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 17-də müxalifət düşərgəsi Milli Dirçəliş Günü ilə bağlı Vətəndaş və İnkişaf Partiyasının (VHP) qərargahında tədbir keçirib.

Teleqraf.com xəbər verir ki, bu tədbirdə bir-birini qəbul etməyən müxtəlif siyasətçilər iştirak edib. Hazırda münasibətləri o qədər də isti olmayan Milli Şura sədri Cəmil Həsənli, KXCP sədri Mirmahmud Mirəlioğlu, Müsavatın sabiq başqanı İsa Qəmbər, Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı, Ümid sədri İqbal Ağazadə və digər şəxslər Milli Dirçəliş Günü ilə bağlı fikirlərini söyləyiblər.

Bu tədbirdə diqqət çəkən bir məqam olub. AXCP sədri Əli Kərimli və Milli Birlik Hərəkatının lideri Lalə Şövkət Hacıyeva bu toplantıda gözə dəyməyib. Xatırladaq ki, Lalə Şövkət Hacıyeva 2013-cü ildən bu yana tədbirlərdə görünmür, jurnalistərlə məsafəli davranır.

Ancaq AXCP sədri Əli Kərimli bu tədbirə dəvət olunsa da, orada iştirak etməyib. Bu isə sosial şəbəkələrdə diqqəti çəkib. Kərimlinin mühüm tarixlə bağlı təşkil edilən toplantıya qatılmamasının səbəbləri bilinmir. Ancaq deyilənlərdən belə bəlli olur ki, Əli Kərimli tədbirdə iştirak edən şəxsləri müxalifət hesab etməyib. Bu səbəbdən də dəvət olunduğu toplantıda iştirak etməyib.

Cavad


Müəllif:

Oxşar xəbərlər