"Avropa İttifaqı ilə Azərbaycan arasında strateji sazişin imzalanması ilə bağlı danışıqların nə zaman başlayacağı hələlik məlum deyil".
"Report"un məlumatına görə bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
Onun sözlərinə görə, hər iki tərəf bununla bağlı hazırlıq işləri görür: "Hazırda nümayəndə heyətlərinin formalaşdırılması prosesi gedir. Nümayəndə heyətinə bütün qurumların təmsilçiləri daxil olacaq. Azərbaycan XİN isə nümayəndə heyətində əsas koordinator qurum olacaq. Amma danışıqların bu il başlayacağına inanmıram".
M.Məmmədquliyev qeyd edib ki, sazişin aspektlərindən biri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ olacaq.