30 Noyabr 2016 19:12
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünən bir neçə siyasi partiya sədri bir araya gəldi və müəyyən müzakirələr aparıldı. Müzakirələr davam edir”.

Bunu Teleqraf.com-a açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu deyib.

Partiya sədri vurğulayıb ki, aparılan danışıqlar və müzakirələr tam başa çatmayıb: “Odur ki, yenidən toplaşıb müzakirələri davam etdirəcəyik. Bu toplantıya hər kəs dəvət olunur. Qeyd edim ki, “Azadlıq” Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzində belə qərar verildi ki, digər partiyaların sədrləri də dəvət edilməklə müzakirələr aparılsın. Hamısı da dəvət edilib. İştirakçılıq da normaldır. Bizim çağırışlarımızı bəyənib müzakirələrdə iştirak edənlər də, etməyənlər də var. Dekabrın 1-də müzakirələr davam edəcək”.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər