7 Yanvar 2017 14:58
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın işğalçılıq mövqeyi, Cenevrə Konvensiyasına zidd addımları beynəlxalq humanitar hüququn kobudcasına pozulmasının göstəricisidir”.

Teleqraf.com xəbər verir ki, bu fikri Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Musa Qasımlı bildirib ki, ötən ilin aprel döyüşlərindən sonra Azərbaycan qarşısında rəzil vəziyyətə düşən Ermənistanın cinayətkar hakimiyyəti bununla ölkə daxilində ictimai rəyi öz tərəfinə çəkməyə çalışır:
“Beynəlxalq təşkilatların mövqeyi isə laqeydliyin, ikili standartların göstəricisi olub, silahlı toqquşmanın yenidən alovlanmasına şərait yaradır. Ona görə də bundan sonra ola biləcək gərginlik üçün bütün məsuliyyət Ermənistanın indiki hakimiyyətinin və müvafiq beynəlxalq təşkilatların üzərinə düşür”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər