AVP elmi konfrans keçirdi
Ana Vətən Partiyasının (AVP) təşkilatçılığı ilə Bakıda “Qondarma erməni soyqırımı – reallıqlar və miflər” mövzusunda elmi konfrans keçirilib.
Konfransda çıxış edən AVP sədrinin müşaviri Qalib Әhmədov bildirib ki, qondarma erməni soyqırımı özündə heç bir həqiqəti əks etdirmir. O qeyd edib ki, artıq ermənilər özləri dünyada soyqırıma məruz qalmış xalq kimi deyil, soyqırımı törətmiş xalq kimi tanınmaqdadırlar: “Tarixi faktlar da göstərir ki, bu belədir. Ümumiyyətlə ermənilər həmişə yaşadığı yerlərdə azlıq təşkil ediblər və buna baxmayaraq, həmişə ərazi iddiasında olublar”.
Onun sözlərinə görə, hazırda ermənilərin təkcə türklərə deyil, qeyr-türklərə qarşı da soyqırımı törətməsi haqqında faktlar mövcuddur.
Sonra tədbirin digər iştirakçıları 99 ildir hər il aprel ayının 24-də ermənilər tərəfindən qeyd olunan “erməni soyqırımı” hadisələrinin mahiyyətindən, onların türklərə qarşı xəyanətkarlıqlarından bəhs ediblər.
Elsevər