15 Fevral 2017 19:16
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri Cozef Danford və Valeri Gerasimov fevralın 16-da Bakıda görüşəcəklər.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Pentaqonun mətbuat xidməti xəbər yayıb ki, görüş zamanı hərbçilər arasında əlaqələr müzakirə olunacaq.

Görüşdə Rusiya və ABŞ arasında hərbi sahədə münasibətlərin cari səviyyəsi barədə fikir mübadiləsi də aparılacaq.


Müəllif: