17 Fevral 2017 12:01
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünyanın iki super güc dövlətinin hərbi qərargah rəislərinin dünyanı narahat edən məsələləri müzakirə etmək üçün Bakını seçməsi Azərbaycanın son illərdə ilbəil qazandığı etibarlı və neytral tərəfdaş statusunun təntənəsi oldu”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, Azərbaycan heç bir hərbi bloklara qoşulmayıb: “Ölkəmiz nə NATO-nun, nə də KTMT-nin üzvüdür. Azərbaycan regionda sülhün və əməkdaşlığın inkişafında ən çox maraqlı olan dövlətdir. Eyni zamanda Azərbaycan Prezidentinin beynəlxalq nüfuzu və beynəlxalq layihələrin təşəbbüskarı olması ölkəmizin dünyada yerini və rolunu artırıb”.

Qeyd edək ki, dünən ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford və Rusiya Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Bakıda görüşüblər.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər