23 Aprel 2014 15:01
1 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev aprelin 23-də İspaniya Krallığının xarici işlər və əməkdaşlıq naziri Xose Manuel Qarsia-Marqalyonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Teleqraf.com-un məlumatına görə, dövlətimizin başçısı Xose Manuel Qarsia-Marqalyonun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi. İspaniyanın Baş naziri Mariano Raxoy Breylə Vilnüsdəki görüşünü məmnunluqla xatırlayan Prezident İlham Əliyev görüş zamanı əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı səmərəli müzakirələr apardığını dedi. Dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, mədəni və digər sahələrdə inkişaf etdirilməsi üçün qarşılıqlı marağın olmasının önəmini qeyd etdi.

Nazir Xose Manuel Qarsia-Marqalyo İspaniya Kralı Xuan Karlosun və Baş nazir Mariano Raxoy Breyin salamlarını dövlətimizin başçısına çatdırdı. O, İspaniyanın Baş naziri Mariano Raxoy Breyin Azərbaycan Prezidentinin İspaniyaya səfərə dəvəti ilə bağlı məktubunu Prezident İlham Əliyevə təqdim etdi. İspaniyalı nazir ölkəsinin Baş naziri Mariano Raxoy Breyin öz növbəsində Azərbaycan Prezidenti ilə Vilnüsdəkı görüşünü məmnunluqla xatırladığını dedi. İspaniya xarici işlər nazirinin ölkəmizə ilk səfərinin olduğunu vurğulayan Xose Manuel Qarsia-Marqalyo əlaqələrimizin genişləndirilməsi baxımından səfərin önəmini qeyd etdi.

Dövlətimizin başçısı İspaniya Kralı Xuan Karlosun və Baş nazir Mariano Raxoy Breyin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İspaniyanın Kralına və Baş nazirinə çatdırmağı xahiş etdi.


Müəllif:

Oxşar xəbərlər