Soyqırımı - bəşər tarixinin hansı dövründə baş verməsindən asılı olmayaraq, dinc insanlara divan tutaraq qətlə yetirmənin ən dəhşətli formasıdır.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov tvitterdəki səhifəsində yazıb: “Soyqırımı - bəşər tarixinin hansı dövründə baş verməsindən asılı olmayaraq, dinc insanlara divan tutaraq qətlə yetirmənin ən dəhşətli formasıdır. Belə bir vəhşiliyi 21-ci yüzilliyin astanasında özlərini bir əsrdir soyqırımı “qurbanı” kimi təqdim etməyə cəhd göstərən ermənilərin həyata keçirməsi isə elə həmçinin onların faciəsidir. Bu soyqırımı damğasını erməni tarixi daim daşıyacaq”, - PA rəsmisi qeyd edib.